Şou-biznes

"Onu ailə vəziyyətini və peşmanlığını nəzərə alaraq bağışladım" - FOTO

30 Mart 2024 11:50
Baxış: 1 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avroviziya qalibimiz Nigar Camal adından açılmış saxta hesabla bağlı instaqramın hekayə bölməsində paylaşım edib.

Nigarın adından DƏLƏDUZLUQ: DİN hərəkətə keçdi - YENİLƏNİB - FOTO
Nigar Camal polis idarəsinə çağırıldı - FOTO 

Milli.Az olay-a istinadən bildirir ki, ifaçı mövzu ilə bağlı şikayət etdiyini, daha sonra həmin şəxsi bağışladığını bildirib.

"Bir müddət öncə adıma açılmış fan hesabı ilə bağlı şikayət ünvanlamışdım. Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi məsələyə operativ yanaşdı. Həmin şəxs qısa zamanda tapıldı. Lakin sözügedən şəxsin ailə vəziyyətini və peşmanlığını nəzərə alaraq şikayətimi geri götürdüm və onu bağışladım. DİN başda olmaqla, BŞBPİ-yə və bütün heyətə təşəkkürümü bildirirəm", - deyə, müğənni yazıb.

Qeyd edək ki, Elşən Məmmədov adlı şəxs TikTok-da Nigarın adından fanatlarına mesaj yazıb, onlardan foto istəyib. Daha sonra isə onları şəkilləri ilə şantaj edib, pul istəyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.