"Həmin an özümə dedim ki, axı, mən niyə bu linkə basdım" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dostum Ranar Musayevdən mənə mesaj gəldi. Mən onun səhifəsinin oğurlanmasından xəbərim yox idi. Baxdım və dedim ki, bu, Ranarın səhifəsidir. Yoxladım... Bir-birimizə yazdığımız mesajlara baxdım. Ona göndərdiyim səsli mesajları dinlədim. Sonra isə onun səsli mesajlarına qulaq asdım. Mesaj bölməsində aşağı düşdüm və göndərilən linkin üzərinə basdım. Həmin an özümə dedim ki, axı, mən niyə bu linkə basdım. Həmin an səhifəmə donuz şəkli gəldi. Bunu etməyə ehtiyac yox idi, çağırardı, gələrdim qoyun otarardım (gülür)".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri bu gün 53 yaşına qədəm qoyan Xalq artisti Aygün Kazımova qonaq olduğu "İncə səhər" verilişində deyib.
Sənətçi "Instagram" sosial şəbəkə platformasındakı səhifəsinin oğurlanması hadisəsini belə nəql edib:
"Həmin an heç üzülmədim. Düşündüm ki, bir neçə dəqiqəyə səhifəm açılar. Normal qəbul etdim. Qəmli, kədərli reaksiyaları da anlamadım. Bir neçə gün keçdi, amma səhifəm açılmadı. Mən hər zaman ad günümdə sevənlərimə yeni layihə təqdim edirəm. Bu, artıq ənənəyə çevrilib. Biz də artıq İstanbulda bu layihəni etmişdik. Bitirdik və Bakıya gəldik, başımıza bu hadisə gəldi. Nə olursa, yaxşılığa doğru olur. Ad günümə 3 gün qalmışdı artıq mən özümü narahat hiss etməyə başladım. Elə bil ki, sevənlərimlə əlaqəm kəsilmişdi. Artıq depressiyaya düşürdüm. Amma bu hal yaşanmadı. Belə ki, 23 yaşlı Samir adlı gənc proqramçı səhifəmi açmağa kömək etdi".
Kazımova bildirib ki, onun səhifəsinin ələ keçirilməsi ilə bağlı müvafiq orqanlara müraciət edilib və bu işi görən şəxs və ya şəxslərin kimliyi yaxın zamanda açıqlanacaq:
"Mənim "Instagram" səhifəmin başına bu oyunu gətirən insanlara təşəkkürümü bildirirəm. Çox sağ olun! Siz mənə pislik etdiniz. Bilmirəm, məqsəd nə idi... Amma bu yaxınlarda hamı biləcək ki, bu işlər kimlər tərəfindən görülüb, hansı ünvandan baş verib. Bununla bağlı lazımi qurumlara da müraciətimizi etmişik. Hamısını açıqlayacağam. Çünki bu məsələ ilə bağlı məndən çox narahatlıq keçirənlər oldu".
Qeyd edək ki, 10 gündən artıq Aygün Kazımovanın rəsmi "Instagram" səhifəsi oğurlanaraq, ələ keçirilib. Bir neçə gündən sonra müğənnidən səhifəsinin qaytarılması üçün 10 min avro istənilib. Lakin ötən gün Kazımovanın səhifəsi açılaraq özünə təhvil verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
XƏBƏR LENTİ
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi





