“Valid yuxuma girib dedi ki, bunu səndən gözləməzdim...” - Ofeliya Sənani göz yaşı tökdü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Televiziyaya qayıtmağımla bağlı mənə təklif oldu. Amma istəmədim. Yerimi gənclərə verdim. Mənim yaşım artıq çatıb. Gənc universiteti bitirib gəlir, niyə yerimi ona verməyim ki?! Axı o da işləmək istəyir, maaşa ehtiyacı var, ailə saxlayır. Özümü könüllü şəkildə televiziyadan uzaqlaşdırdım. Nə səsim batmışdı, nə də ki, görünüşümdə bir başqa şey yaranmışdı. Televiziyanın nəzdində akademiya var, orada uşaqları hazırlayırlar. Aztv-nin sədri Rövşən Məmmədov məni ora da dəvət etdi ki, dərs deyim. Amma özümdə güc toplaya bilmədim, çünki artıq qocalıq öz sözünü deyir. Hətta oranın tələbələri ilk diplomlarını alanda biz də təbrik etmək üçün getmişdik. Hiss etdim ki, o uşaqlar mətbuatı sevən uşaqlardır, ayıq-sayıqdırlar, axtarırlar ki, kimlərdənsə yazsınlar, müsahibə alsınlar. Onlara da uğurlar arzulayıram. Gözüaçıq, qulaqları iti olmaq lazımdır. Biz də elə olmuşuq".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti, diktor Ofeliya Sənani deyib.
O, daha sonra öz dövrünün televiziya mühitindən danışıb.
"Yeni ili, Novruz bayramını işdə olurduq, sonradan ailəmizlə bayramları qeyd edirdik. Bir dəfə Nəsibə xanım verilişimizə gəlmişdi. Bizə dedi ki, "ay qız, siz səhərdən heç nə yeməmisiz? Ayaq üstəsiz mıx kimi dayanmısız. Adam da acqarına iş görər?". Bizi pərdənin arxasına çağırdı, çantasından qızardılmış kotletləri çıxarıb çörəyin üstündə bizə yedirtdi. Allah ona rəhmət etsin. Gör necə aktrisalarımız, bizə ata qayğısı göstərən aktyorlarımız var idi. Mən də gənclərimizə arzu edirəm ki, efirdə qocalsınlar", - deyə diktor bildirib.
Ofeliya Sənani həyat yoldaşı Valid Sənanini də xatırlayıb.
"Bizim evdə söhbət ancaq televiziyadan gedirdi. Valid qəribə insan idi. Hər an, hər saniyə onunla danışıram, söhbət edirəm. Yuxuda da onu görəndə mənə deyir ki, "Ofa, mən səni görürəm". Bir ara evimi dəyişdim, yeni evə köçdüm. Yuxuda Validi gördüm. Dedi ki, "Ofa, səndən gözləməzdim. Sən niyə evi dəyişdin? Köç köhnə evə. Mən buranı tanımıram, ruhum köhnə evdədir, səni orada görürəm". Yenidən köhnə evimə köçdüm ki, o darıxmasın. Onsuz çox darıxıram (ağlayır). Verilişləri birgə izləyirdik, müzakirə edirdik. Çox qayğıkeş insan idi. Yaşa dolduqca başa düşürəm ki, həyat yoldaşı insan bu yaşda lazımdır", - deyə diktor bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
XƏBƏR LENTİ
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)





