Məşhur tamada qanlı hadisədən DANIŞDI: "Kürəyimdən 4 dəfə bıçaq vurdular" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən "Altun saray" şadlıq evində məşhur tamada, "Laçın" musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlu bıçaqlanması hadisəsindən söz açıb.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda danışıb.
Natiq başına gələn bıçaqlanması olayını belə nəql edib: "Çox böyük zövqlə o toya getdim. Məclis bitdi, ev sahibi gedib pulu saydılar. Foyedə dayanmışdım, "Laçın" ansamblının üzvləri, musiqiçilər də yanımda idilər. Onlar arasında mənə verilən pulu böldüm və yaxınlaşdım "terminala" qalan pulu ödəyəm. Bu anda 17 yaşlı bir gənc oğlan, ofisiant qabağıma çıxıb söylədi ki, "Ə, bu uşağın pulunu niyə vermirsən?" Mən də o ofisiantlardan birinə pul vermişəm, digərinə də verməli idim. Onun mənə "Ə" deyə müraciət etməsi toxundu və xoşuma gəlmədi. Ona sual verdim ki, kimə "Ə" deyirsən? Cavabında gənc mənə "Sənə" deyirəm dedi. Mən də ona söylədim ki, ""Ə" səni böyüdən atandır". Sonra zaldan 3 nəfə qarşıma çıxdı. Elə bildim ki, onlar kababçılardı. Onlar mənə sual verdilər ki, bu ofisiant oğlanla niyə elə danışırsan? Cavab verdim ki, o, mənim oğlum yaşımdadır. Dedilər ki, o oğlana heç nə deyə bilməzsən. Söylədim ki, bəs biz Lerikə toy məclisinə gedirik və oğlum arxada durub məni gözləyir. Oğlum onların mənə dediyi sözləri eşitdi və bu sözləri götürmədi. Dava düşdü... Mən oğlum Məhəmmədi qorudum. Arxamda baş verənlərdən xəbərim olmadı. Allah heç kimə etibarsız dost qismət eləməsin. Musiqiçilər hansılara ki, çörək verərim hadisəni görüb haray qoparmadılar. Musiqiçilər heç biri yaxına belə gəlmədilər. Qorxularından özlərini az qala pilləkəndan atırmışlar. Onlar kürəyimə dörd bıçaq zərbəsi vurdular. Çöndüm gördüm ki, oğlumun ağ köynəyi qandır. Sən demə mənim əlim öz qanıma dəyib mən də o əllə oğluma toxunmuşam. Elə bu anda qorxdum ayağım əsdi. Onun köynəyinin yaxasını tez cırdım gördüm ki, yaralanmayıb. Məhəmməd dedi ki, ata heç nə yoxdur. Söylədim ki, ata qurban gedək. Allaha and olsun ki, yaralandığımdan xəbərim belə olmayıb. Birdən restorandan çalışan qadın xidmətçilərdən biri söylədi ki, sizin şalvarınız bulaşıb. Üzümü arxama çevirib gördüm ki, döşəmənin hər yeri qandır. Oğlum dedim ki, qorxma. Təcili tibbi yardım gəldi. Onlara söylədim ki, övladlarım cavandır, toylarının olmasını gözləyirəm, qoymayın ki, mən öləm. Ondan sonra nələrin baş verdiyindən xəbərim belə olmadı".
Proqramın aparıcısı Xoşqədəm Hidayətqızının "Sizi bıçaqlayan şəxsi bağışladınız?" sualına N.Dağlaroğlunun cavab reaksiya belə olub: "9 gün xəstəxananın reanimasiya şöbəsində yatdım. Mənə 4 bıçaq zərbəsi vuran şəxsləri bağışladım. Hərçənd dedilər ki, mən güya adam tutdurmuşam. Həmin o musiqiçi dostları bu gün də yanımda işləyirlər. Amma onlara mənim yanımda bir kəlmə söz desələr mən ölümə gedərəm".
Qeyd edək ki, musiqiçiyə 2 bıçaq zərbəsi endirən 1987-ci il təvəllüdlü Məmməd Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə Məmməd Hüseynov törətdiyi əməli etiraf edib. O deyib ki, Natiq Dağlaroğlu ilə yanaşı, oğlu da Məmmədin üzərinə gəlib.
O, hadisənin həmin an baş verdiyini deyib. Həmçinin o qeyd edib ki, bıçaqlanmadan sonra qaçıb və xəstəxanaya aparılan Natiq Dağlaroğlunu taparaq ona şikayətçi olmaması üçün 9 min manat verib. Lakin N.Dağlaroğlu pulu alsa da, şikayətini geri götürməyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
"Klon"un aktrisası xəstəxanaya yerləşdirildi - (Foto)
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
XƏBƏR LENTİ
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
-
Ən inqilabçı bürclər
-
Bəxtiniz bağlanıbsa tez yatağın altına baxın
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
-
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)
-
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur





