Şou-biznes

"Axı nə etmişəm ki, "niyə ölmür" yazırlar"

10 Noyabr 2023 18:06
Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təsəvvür edin, əyləşmisən evdə, heç kimdə işin yoxdur, açmısan televizoru, görürsən ki, kimlərsə sənin haqqında xoşagəlməz sözlər danışırlar. Baxıb, fikirləşirsən ki, axı bu niyə görə belədir?" 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Qum saatı" verilişində deyib. O, haqqında səsləndirilən bəzi fikirlərə belə reaksiya verib:

"Yaxınım var deyir ki, "bilirlər ki, sənin qohumunam və bəzi yerlərdə mənə tərs baxırlar". Ona cavabında söyləyirəm ki, əgər hüquq sistemində işləsəydim, deyərdim ki, bəlkə də kiminsə işinə düzgün qərar çıxartmamışam və nəticədə həmin şəxs mənə düşmən kəsilib. Həkim olsaydım, deyərdim ki, yəqin ki, kimisə düzgün cərrahi əməliyyat etməmişəm. Və ya siyasətçi olsaydım kiminsə xeyrinə və ya əleyhinə danışmışam. Mən mahnı oxuyuram. Axı nə etmişəm ki, "niyə ölmür" yazırlar. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.