Şou-biznes

Rəhim Rəhimlinin ölümündən sonra bunu etdilər - FOTO

9 Noyabr 2023 15:50
Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum müğənni-bəstəkar Rəhim Rəhimlinin mahnıları məşhur "Spotify" platformasına yüklənərək rəsmi şəkildə qeydiyyatdan keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə müğənni-bəstəkar Murad Arif məlumat yayıb.

"Rəhim Rəhimlinin bütün audio və video arxivini şirkətimizə yönəltdim. Artıq onun musiqisi hər yerdə olacaq. Sağlığında da israrla bura gətirmək istədiyim bir ifaçı idi Rəhim. O vaxtlar dil tökdüm, lakin alınmadı. 

"Muradik, köhnə mahnılarım kimə lazımdır? Arxiv evdədir. Köhnə kasetləri kimdir araşdıran? Nə edirsən yutub kanalını?" deyirdi.

Öldükdən sonra qardaşı ilə bunu edə bildim. Bunu niyə deyirəm? Çünki kənardan o qədər can yandıranlar var ki... Amma heç kəs əməli surətdə bunu göstərmir. Bütün arxivin yayılmasında nə qədər səy göstərdim. Sağ olsaydı indi yenə deyərdi, "Muradik, yenə də sən..."

Ruhun şad olsun, dostum. Rəhimsevənlərə də gözəl, musiqili anlar diləyi ilə" deyə, Murad bildirib.

Qeyd edək ki, R.Rəhimli ötən ilin sentyabrında dünyasını dəyişib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.