Şou-biznes

İlk dəfə kürəkəni ilə efirə çıxan Mələkxanım: "Onlar bir-birini sevirlər" - VİDEO

9 Noyabr 2023 07:30
Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Mələkxanım Eyubova rəssam, bloqer qızı Nəzrin Nəcəfova və gələcək müğənni kürəkəni Mərdan Kazımovla nişanlanmalarından söz açıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində bildirib ki, cütlük bir-birini sevib, nişanlanıb və beləcə evlilik həyatlarına addım atıblar.

"Mərdan və qızım Nəzrin bir-birilərini seviblər. Hər bir ailə sevgi ilə qurulmalıdır. Sevgisiz ailə, çox getmir. Mənə sual verəndə ki, "uşaqlarınıza sərbəstlik vermisiniz, onlar kimisə sevsə, istəsə razılığını verərsiniz?" Hər zaman cavab verirdim ki, o işə qarışmaram. Çünki valideyn yalnız yol göstərə, istiqamət verib, arxasında möhkəm dayana bilər. Amma əgər iki gənc həqiqətəndə bir-birini sevərsə, heç kim onlara söz deyə bilməz". 

Qeyd edək ki, Nəzrin Nəcəfova illər əvvəl nişanlansa da bir müddət sonra nişanı geri qaytardığını açıqlamışdı.

Nəzrin nişandan əvvəl bir müddət Azərbaycan Televiziyasında (AzTV) "Telesəhər" verilişinin aparıcılarından biri olub. O, Mərdanla nişanlanandan sonra sözügedən kanalla yollarını ayırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.