Şou-biznes

Xoşqədəm Baxşəliyeva: Gerçək sevgi tək...

6 Noyabr 2023 16:58
Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyat yoldaşı müğənni Doğuşla ayrılıq iddiaları ilə gündəmə gələn məşhur aparıcı Xoşqədəm Baxşəliyeva paylaşımı ilə diqqət çəkib.

Milli.Az olke.az-a istinadən bildirir ki, aparıcı paylaşımında Mövlana Cəlaləddin Ruminin sevgi ilə bağlı sözlərindən sitat gətirib:

"Gerçək sevgi tək olan, bənzəri olmayan sevgilidir. Sənin bu dünyaya gəlişin də ondandır, gedişin də ondandır. Ondan gəldin, ona gedəcəksən (Mövlana Cəlaləddin Rumi).
Sizi sevirəm, bu bir neçə gündə mənə yazdığınız sevgi dolu mesajlar üçün təşəkkürlər", - deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyənin Show TV kanalında yayımlanan "Didem Arslan Yılmazla Vazgeçme" proqramına çıxan Esra adlı qadın Doğuşla eşq yaşadıqlarını və dini nikahı qıydıqlarını demişdi.

Müğənni Doğuş isə sözügedən açıqlamadan sonra Xoşqədəm və əkizləri Arınla Ardanın fotosunu paylaşaraq "Sizi sevirəm, ailəm" şərhini yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.