Şou-biznes

Tacir şəhid qardaşının övladını axtarır

6 Noyabr 2023 02:04
Baxış: 1 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Tacir Şahmalıoğlu Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı İntiqamın oğlunu axtarır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Evdəkilərə salam" proqramında deyib. O bildirib ki, qardaşının həyat yoldaşı övladı ilə itkin düşüb:

"Şəhid qardaşımın bir övladı var, amma onu tapa bilmirik. Qardaşım Xocalıda idi, orada öldürüldü. Qardaşım orada evlənib, gəlinin adını da bilmirik. Bir il sonra oğlu dünyaya gəlib. O vaxt ermənilərin içindən keçib Xocalıya getmək lazım idi. Vəziyyət pisləşmişdi deyə, toya gedə bilmədik. Üstündən 35 il keçib. Gəlin Şuşadandır. Xocalı soyqırımı zamanı gəlin Şuşada anasının evində olub. Ona görə bilirəm ki, həyatdadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.