Şou-biznes

Qənirə Paşayevanın “Facebook” səhifəsini kim işlədir?

31 Oktyabr 2023 14:00
Baxış: 2 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ay 48 yaşında vəfat edən deputat Qənirə Paşayevanın sosial media hesabının istifadə edilməsi maraqla qarşılanıb. Səhifədə mərhum deputatın xatirəsi ilə bağlı paylaşımlar edilir. Sonuncu dəfə feysbuk səhifəsində Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik paylaşılıb.

Mərhum deputatın səhifəsini kimin və nə məqsədlə işlətdiyi maraq doğurur.

Milli.az xəbər verir ki, Modern.az məsələyə aydınlıq gətirmək üçün Qənirə Paşayevanın köməkçisi ilə əlaqə saxlayıb.

Mərhum deputatın köməkçisi İlahə İsgəndərova saytımıza açıqlama verib. "Qənirə xanımın səhifəsini bacısı Kəmalə xanımla mən idarə edirik", - o deyib.

İ.İsgəndərova paylaşımların daimi olacağını və Qənirə xanımın xatirəsi anılan paylaşımlara üstünlük veriləcəyini vurğulayıb.

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sentyabrın 28-də dünyasını dəyişib. Mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.