Şou-biznes

“Sevgilimdən ayrıldım” - Pərvin

21 Oktyabr 2023 17:43
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"33 yaşım tamam oldu. Amma bu yaşı mənə heç kim vermir. Artıq həyatımda az insanın olmasını istəyirəm. Elə bir insanam ki, hər şey edə bilərəm. Heç kimi heç nəyə görə qınamıram. İnsan ölənə qədər səhv edir. O qədər səhvlərim var ki... Bilirəm ki, bundab sonra da o səhvlər olacaq. İnsanam və səhv etməliyəm. O səhvləri etməsəm, mən böyümərəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Günə son" verilişinə müsahibəsində deyib. Bir neçə gün əvvəl doğum gününü qeyd edən Pərvin sevgilisindən ayrıldığını bildirib:

"Sevgilim var idi, amma ayrıldım. Belə lazım idi. Çünki daha yaxşısı olacaq. Daha gözəl həyat məni gözləyir. Mən sevgi ilə gözəlləşirəm, qidalanıram və yaşayıram. Tək sevgi yox, eyni zamanda qayğı və diqqət. Bu il özümə ağ gəlinlik geyinməyi arzulayıram. Necə olsun ki, mən qazanım, amma o çulsuz, heçnəsiz bir insan olsun. Qürurlu insan bunu özünə sığışdırmaz. Mənim önümdə ailəsini saxlayan bir insan olmalıdır. Mən onu yox, o məni saxlamalıdır. İnsan sevdikcə cavanlaşır. İnsan gərək hər zaman sevib, sevilsin.

Ətrafımdan ən boyük istəyim, hər zaman məni sadəcə təmiz və saf sevin. O sevginin təmiz olduğunu görsəm nəyin ki, pulumu, varımı, hətta canımı, ürəyimi çıxararam verərəm o insana. Çünki mən sevgiyə ac bir insanam". 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.