Şou-biznes

Əli Mirəliyev müğənninin məzarı önündə üzr istədi - VİDEO

19 Oktyabr 2023 23:04
Baxış: 2 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev əri tərəfindən qətlə yetirilən müğənni Yaqut Nərimanla bağlı müzakirələrə səbəb olan fikirlər söyləyib. Daha sonra sənətçi "Bizimləsən" proqramına zəng edərək, bir vaxtlar duet oxuduğu ifaçı haqda xoşagəlməz sözlərə görə üzr istəyib. Mərhumun anası Əli Mirəliyevin üzrünü qəbul etməyib, onu məhkəməyə verəcəyini bildirib.

Milli.Az mətbuat.az-a istinadən xəbər verir ki, qətlə yetirilən müğənni haqda dediyi sözlərdən peşman olan Əli Mirəliyev bu dəfə mərhumun məzarını ziyarət edib. O, Yaqut Nərimanın məzarı önündə üzr istəyib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Yaqut Nəriman adı ilə tanınan müğənni Yaqut Həşimova dünən Nizami rayonu ərazisində bıçaqlanaraq öldürülüb. Hadisə ilə bağlı onun həyat yoldaşı Anar Həşimov şübhəli şəxs qismində saxlanılıb. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.