Şou-biznes

Beyonsdan yeni rekord - 579 milyon dollar...

5 Oktyabr 2023 23:06
Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı məşhur müğənni Beyonsun "Renessans" dünya turu çərçivəsində keçirilən konsertindən əldə etdiyi gəlir bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 42 yaşlı sənətçi turdan 579 milyon dollar məvacib qazanıb. O, bununla rekorda imza atıb.

Qeyd edək ki, rekord 2008-ci ildən bəri "Sticky & Sweet" turu ilə təxminən 411 milyon dollar toplayan müğənni Madonnaya məxsus idi. Beyons sentyabrın əvvəlində 461 milyon dollarla artıq həmkarının rekordunu yeniləmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.