Fəxrəddin Manafov: "Xankəndiyə gedib, torpağı öpüb gözümə qoyacağam" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"O gün bütün gecəni sabaha qədər nə televizorun, nə də internetin qarşısından ayrıla bildim. Çünki bu həyatı vacib an idi. Bu, 44 günlük, müzəffər günümüzün nəticəsidir. Ən vacibi də odur ki, Xankəndi şəhərində dünyaya gəlmişəm, gözümü açmışam. Bu, mənim, bütün Azərbaycan, dünya azərbaycanlıları və türk milləti üçün çox böyük sevindirici andır. Bu qədər sevinmək isə yəqin ki, hər bir insanın taleyinə düşmür".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Sabahın xeyir, Azərbaycan" proqramında deyib. Aktyor tək arzusunun Xankəndinə getmək olduğunu deyib:
"Xoşbəxt" sözünün hətta aciz olduğunu görürəm. Bu ifadəmə görə isə üzr istəyirəm, çünki sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm. Xoşbəxtəm ki, 68 yaşımda baş verənlərin və halların şahidiyəm. Xoşbəxtəm ki, dünya miqyasında tanınan çox hörmətli, müzəffər Ali Baş Komandanımız var. Xoşbəxtəm ki, belə güclü ordumuz və arxamızda böyük bir Türkiyə var. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda çıxışı zamanı əlini qaldıraraq "Qarabağ Azərbaycan torpağıdır" ifadəsini demişdi. Beləcə, bütün dünyaya car çəkib deməsi zamanı evdə ayağa qalxmış vəziyyətdə idim... Əlbətdə ki, çox gözəl gündür. Amma bu qara xislətli...
Onlara bilmirəm heç necə müraciət edim, bu qara xislətlilər... Cənab Ali Baş Komandanımız və ordumuz nəhayət onlara, o qara xislətlilərə ağ bayrağı qaldırtdılar. Ümidvaram ki, o qara xislətli insanlar da, əgər insandırlarsa, nəhayət o qara düşüncələrini ağa çevirərlər. Çevirməsələr də çevirtdirərlər... Eybi yox. Onları anlatmaq sona qədər də anladılacaq, buna mən və bütün Azərbaycan əmindir. Çünki bizim dövlətimizin başında Cənab Prezident və onun siyasəti dayanıb.
Şuşada və Füzulidə oldum. İnşallah, o günü gözləyirəm ki, nəhayət doğulduğum o Xankəndinə də gəlib, oradan aşağı düşüb Həsənabad kəndində o torpaqlarımızı (kövrəlir) öpüb, gözümə qoyacağam".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb





