"Vicdan haqqı" serialında "Larisa" obrazını canlandıran aktrisa Çimnaz Sultanova yeni, dəbdəbəli villasına köçüb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktrisa lüks bağ evinin görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
O, bağının həyətində, hovuz kənarında pozlar verib. Aktrisa yeni villasında qonaqlıq verəcəyini, artıq dəvətnamələr payladığını da açıqlayıb:
"Mən artıq köçürəm. Bu şənbə evim tam hazır olacaq. Yeni villama köçməyim münasibətilə qonaqlıq bu şənbə baş tutacaq. Dəvətnamələri artıq göndərmişəm".
Milli.Az