Şou-biznes

Serdar Ortaçın keçmiş arvadından SƏRT CAVAB - FOTO

16 Avqust 2023 18:15
Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli məşhur müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı, ifaçının bir neçə gündür  gündəm olan sözlərinə cavab verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, qadınlarla bağlı sözləri böyük əks-səda doğuran 53 yaşlı Ortaç, qalmaqallı şəkildə ayrıldığı keçmiş həyat yoldaşı Chloe Loughnanı da hədəf almışdı. Məsələ ilə bağlı Loughnan da Serdar haqqında danışıb.

"Bərabərlik deyə-deyə bizə qarşı çıxdınız. İpləri bu qədər qadınlara verməyin, utanın, yazıq biz kişilərə", - deyə müğənni bildirmişdi.

O, Serdar Ortaça cavab vermək üçün türkcəsinin kifayət etmədiyini də deyib:

"Mən şərh vermək istəmirəm. Yəqin ki, şəxsi həyatında dediyi problem var. Bu mövzuda ona cavab verməyə türkcəm yetərli deyil, yoxsa çox gözəl cavab verərdim. O, tək mənə yox, bütün qadınlara qarşı sərt sözlər dedi".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.