Şou-biznes

Sənət dostlarından Rəşad Dağlı ilə bağlı paylaşım - FOTO

29 İyul 2023 17:34
Baxış: 2 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənət dostları meyxanaçı ilə bağlı paylaşım ediblər.

Meyxanaçı Balaəli Maştağalı paylaşımında "Darıxma dostum, pis günün ömrü az olar. Amma heç yaxşı günü də çox görmədik. Onu da bizə çox gördülər. Yenə də bu günümüzə çox şükür. Allah səni tezliklə ailənə, doğmalarına və əzizlərinə qovuşdursun. Bəzən zaman elə uçub gedir ki, sanki bir göz qırpımında hər şey yaxşı olacaq. Hər zaman səninləyəm, sənin yanındayam, dostum" sözlərini deyib. 

Əməkdar artist Anar Heybətov isə meyxanaçı ilə bağlı paylaşımında "Allah köməyin olsun, qardaş" sözlərini əlavə edib. 

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.