Şou-biznes

Azərbaycanlı aparıcı ailəsi ilə FOTOlarını paylaşıb bunları yazdı

21 İyul 2023 23:55
Baxış: 3 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Saleh Bağırov ailəsi ilə fotolarını paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, şəkillərdə Salehin həyat yoldaşı, qızı və oğlu yer alıblar. Aparıcı övladı Nərgizin 6 yaşı tamam olduğunu vurğulayıb:

"Şahzadələr nağıllarda olur. Bu qız isə ən gözəl və maraqlı nağılın özü, evimizin də Nərgiz gülüdür! Biz şükr edirik sənin hər anına, varlığına, özəlliyinə, şıltaqlığına, bəzən küsüb tez barışmağına, ədalı danışığına, maraqlı suallarına, bir də sevmək gücünə. Ən əsası da budur! Həyatın boyu dolu-dolu sevgi içində yaşayasan balam! Bir də sağlam və şanslı görək səni. Şans hər qapıya açardır. Qoy bu açar həmişə səndə olsun! Nərgiz gülümüz, 6 yaşın mübarək".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.