"Qadın dartıb pulu əlimdən aldı" - Elgiz keçmişi vərəqlədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Toya getmirəm. Mənlik deyil. Bu, o demək deyil ki, toy aparıcılarına pis baxıram. Yox, insanlar bir parça çörəyini qazanmalıdırlar. Sadəcə elə hesab edirəm ki, toy aparıcısı son dərəcə səbirli, təmkinli olmalıdır, təzyiqdən əziyyət çəkməməlidir. Mən də bir balaca nəsə olan kimi əsəbiləşirəm, onda da təzyiqim qalxır. Ona görə də istəmirəm, ac başım, dinc başım.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, illər əvvəl aparıcılıq etdiyi toylarda başına gələn hadislərdən danışıb:
"Uzun illər bundan əvvəl, o vaxt da maşınım məni incidirdi, istəyirdim onu dəyişim. Gördüm ki, aparıcıların hamısı toya qaçır, mən niyə getməyim? Bir toy var idi, 800 nəfərlik. Girdim içəri gördüm ki, müğənnilər sıra ilə əyləşiblər. İndi elə toylar yoxdur, insanlar ayılıblar ki, artıq xərcdir. Qəşəng də geyinmişəm, yüksək səviyyədə. Saat yarım idi, toy başlayıb, bir yekə qarın, balaca boy kişi gəldi ki, ay Elgiz, səndən bir dənə "Ana" muğamı istəyirəm. Dedim ki, hansı müğənninin oxumasını istəyirsiniz. Qayıtdı ki, sənin oxumağını istəyirəm. Cavab verdim ki, hə, mütləq oxuyacağam. Pulu da qoyub. Üstündən bir az keçdi gəldi ki, nə oldu mahnım. Dedim ki, mən oxuyanam, zarafat edirsən? Boynuma qoydu ki, toyda səni "Ana" mahnısı oxuyan görmüşəm. İsti bir tərəfdən, səs digər tərəfdən, 800 nəfərlik toy, hərənin ağzından bir avaz gəlir, toy idarə etmək çox çətindir. Bunun üçün gərək insanın ayrı qabiliyyəti olsun. Nəysə bu kişi məndən əl çəkmədi. 3-cü dəfə yaxınlaşanda görün nə dedi. Ən gülməlisi budur: Muğamı elə oxu ki, ağlayım. Deməli hələ oxumalıyam, üstəlik o da ağlamalıdır. Məni yığdı boğaza. Ya orada mikrafonu qoyub getməli idim, ya da oxumalı. Nəysə siz başa düşün də, affekt vəziyyətində idim. Heç ömrümdə belə şey etməmişdim. Sən demə 4 oğlu da toydadır, getdi onlara dedi. Bəy də bunları görürmüş. Bəy ata-bala onları toydan qovdu.
Bir dəfə də ən gözəl məkanların birində, yeganə yer idi ki, 1000 nəfərlik toy olurdu. Bir sevindim aparıcılıq edəcəyəm orada. Tanınmış ailənin toyu idi. Adlarını çəkməyəcəyəm. Toyda dayanmışdım, bir yaşlı qadın, elə bil brilliyantdır, başdan-ayağa qaşın içində, sanki işıqdır gəlir. Bir "paçka"nın yarısı qədər dollar çıxartdı, bilmirəm nə qədər idi. Mənə dedi ki, "Saçları qara qız" mahnısını oxu, mən də oynayım. Artıq əlim pulun başında idi, camaat da baxır, 10 müğənni də bu tərəfdə. Qıpqırmızı oldum, dedim ki, oxuyan deyiləm. Amma pulu da buraxmıram. Dedi ki, eybi yox, dartıb pulu əlimdən aldı. Bu məqamda Mətanət Əsədova (red. - müğənni) məni gördü. Nə olduğunu soruşanda dedim ki, belə oldu. Qayıtdı ki, külü qoyum sənin başına, necə avam insansan, oxuyardın, sonra da deyərdin ki, Mətiş gəl. Oxuyacaqdıq, pul da qalacaqdı cibimizdə. Gör, mənim başım işləyir. İndi ki, vaxtım olsa, o, mənim əlimdən pul ala bilərdi?"
DİGƏR XƏBƏRLƏR
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
XƏBƏR LENTİ
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)





