Şou-biznes

Rəhman Rəhmanov əməliyyat olundu

31 May 2023 19:46
Baxış: 3 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor qonaq olduğu "Elgizlə izlə" verilişində deyib. Uroloji problemdən əziyyət çəkən aktyor ötən günlərdə əməliyyat olunduğunu bildirib:

"Sırağa gün əməliyyat olundum. Dünən isə xəstəxanadan çıxdım. Bu gün də avtomobilimə əyləşib gəlmişəm bu verilişə. Bu, heç də asan əməliyyat deyil. Əməliyyat otağında oğlum Emilin mahnıları səslənirdi. Elə onun mahnıları fonunda əməliyyat olundum. Böyrəyimdən çıxarılan daşları da mənə verdilər. O daşları özümlə evə aparıb pilləkən tikəcəyəm, elə buna pulum çatmırdı (gülür)".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.