Şou-biznes

Rejissor məşhur aktrisaya rol verilməməsini gülməli səbəblə əlaqələndirdi - FOTO

16 May 2023 21:12
Baxış: 1 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı aktrisa El Fenninq məşhur filmdə rol almağa necə rədd cavabı verildiyindən danışıb.

Onun sözlərinə görə, buna çox absurd bir səbəb göstərilib. Belə ki, imtinaya səbəb kimi onun sosial şəbəkə hesabında abunəçilərin sayı göstərilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Böyük bir layihədə rol almadım, çünki studiyanın zövqünə uyğun abunəçim yox idi. Ola bilsin ki, başqa səbəb olub, amma aldığım rəy belə olub", - deyə o bildirib.

Aktrisa söhbətin hansı layihədən getdiyini açıqlamayıb.

Qeyd edək ki, El Fenninq "Maleficent", "A Rainy Day in New York", "Super 8", "The Curious Case of Benjamin Button", "Deja Vu", "The Neon Demon" və sair filmlərdəki rolları ilə tanınır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.