Şou-biznes

Renka xəstəxanaya düşdü: "Həkim nəzarətindəyəm" - FOTO

26 Aprel 2023 15:22
Baxış: 2 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan oriental rəqslərin mahir ifaçısı Rəna Ağamuradovanın səhhətində problem yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda rəqqasə sosial şəbəkə hesabında məlumat yayıb.

Renka xəstəxananın palatasında sistem altında fotosunu paylaşaraq "Dincəlin, rahat olun" sözlərini yazıb.

Məsələ ilə bağlı redaksiyamızın əməkdaşı R.Ağamuradova ilə əlaqə saxlayıb.

Rəqqasə qısa olaraq bildirib ki, soyuqladığına görə səhhəti pisləşib və problemi aradan qaldırmaq üçün özəl klinikaların birinə müraciət edib. Renka həkim nəzarətində müalicə aldığını söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.