Şou-biznes

Rza ilə Hadisədən yazan jurnalistin həbsi tələb olunur

25 Aprel 2023 17:41
Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Hadisənin Cənubi azərbaycanlı iş adamı Rza Zarrabın ifaçı Ebru Gündeşlə evli olduğu müddətdə onunla eşq yaşadığı iddia edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Hadisə və Zarrab arasında keçən yazışmaları, müğənninin təyyarə biletlərinin görüntülərini saytlarda yayımlayan jurnalist Yaşar Ç. barəsində aparılan araşdırma yekunlaşıb. Şəxs 2 ayrı cinayətdə günahlandırılıb və barəsində 9 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı tələb irəli sürülüb.

Qeyd edək ki, bir neçə il əvvəl Hadisənin adı R.Zarrabla hallanıb. Hətta Hadisənin keçmiş sevgilisi aktyor Kaan Yıldırım ifaçıdan məhz buna görə ayrıldığını bildirib. Həmin ərəfələrdə iş adamı ilə müğənni Ebru Gündeş yeni boşanmışdı və o, bu münasibət haqqında Kaana xəbər vermişdi. Hətta bu xəbərdən sonra Hadisə Ebru ilə birlikdə münsif kürsüsündə oturduğu "O səs Türkiyə"dən ayrılıb. 

Ötən ilin aprelində ailə qurduğu iş adamı Mehmet Dinçerlerdən 4 ay sonra boşanan Hadisənin yenidən Rza ilə münasibətdə olduğu iddia edilib. 

İkili arasında keçən yazışmalarla yanaşı, birgə istirahətə yollandıqlarını sübut edən təyyarə biletlərinin görüntüləri yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.