Şou-biznes

"Mühafizəçi Xalq artistindən artıq maaş alır"

11 Aprel 2023 15:12
Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu gün gömrük idarəsində, dəmiryolu, nəqliyyat və digər yerlərdə qapıda oturan və 8-ci sinfi bitirən mühafizəçi Azərbaycanın Xalq artistindən iki-üç dəfə artıq maaş alır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda deyib. O, teatrların kommunal ödənişlərdən azad olunmasını və teatr jurnalının təsis edilməsini xahiş edib:

"Əvvəlki vaxtlarda Mədəniyyət Nazirliyinə gedəndə elə bil gömrükdən keçirdik. Nə biz onları tanıyırdıq, nə də onlar bizi. Amma indi vəziyyət dəyişib. Buna görə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimliyə təşəkkür edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.