Şou-biznes

Oqtay Əliyevin ölümü çox böyük itkidir - Murad Dadaşov

23 Mart 2023 15:48
Baxış: 1 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oqtay Əliyevin ölümü çox böyük itkidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Xəzər TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşov əməkdar mədəniyyət işçisi, "SOY Production"un baş direktoru, rejissor, teleprodüser Oqtay Əliyevlə vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

"Oqtay Əliyev dost, ürəkdən sevdiyimiz insan idi. Bizi bir anda tərk etdi. Ailəsinə, yaxınlarına səbr diləyirəm", - o vurğulayıb.

M.Dadaşovun sözlərinə görə, Oqtay Əliyev ona çox yaxın adam olub. "Elə bir layihə olmayıb ki, Oqtay Əliyev mənə dəstək olmasın. Onda paxıllıq hissi yox idi, hamının uğuruna sevinirdi. Onun ölümü mənim üçün çox böyük itkidir. Son vaxtlar çox yaxın adamlarımızı itirməkdəyik", - M.Dadaşov əlavə edib.

Qeyd edək ki, Oqtay Əliyev ötən gün Saray qəsəbəsində yol qəzasında dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.