"Oqtay müəllimin dünyasını dəyişməsinə hamımız çox sarsılmışıq".
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə ötən axşam ağır yol-nəqliyyat hadisəsində dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimində deyib.
Sənətçi O.Əliyevin vaxtsız vəfatından sarsıldığını söyləyib:
"Gözlənilməz bir hadisədir. Dünəndən hamımız bir-birimizlə danışıb, zəngləşirik, şok vəziyyətindəyik ki, bu hadisə necə baş verib. Dilarə xanıma Allahdan səbr diləyirəm.
Çox ağır dərddir. Oqtay müəllim çox gözəl insan idi. Allah rəhmət eləsin!"
Milli.Az