“Cavan uşaqlar meyxanada həddini aşdı”- Namiq Qaraçuxurlu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meyxanaçı Namiq Qaraçuxurlu MTV-də yayımlanan "Səhərin səsi" proqramında qonaq olub.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi meyxananın hazırkı vəziyyətindən danışıb:
"Meyxana çox geriyə gedib. Baxır hansı bucaqla baxırsan. Sırf meyxanadan söhbət gedirsə, trenddədir, istedadlı meyxanaçılar çıxıb, camaat həddindən artıq sevir - kişilər daha çox. Mənim baxışımdan baxanda çox geriyə gedib. Hətta, mənim çəkdiyim əziyyət də hədər olub. Çünki mənim dövrümdə xanımlar daha çox idi. Konsertlərimdə 80-90% xanımlar gəlirdilər. Bir neçə dəfə mübahisəli məqamlara baxmışam. Meyxananı tənqid edən adamlarla ifaçılar üzbəüz otururlar. Fakt kimi onların qabağına qoyublar ki, meyxana məclislərinə niyə qadınları buraxmırlar? Bunu meyxanaçılar da o qədər unudub ki, qəbul ediblər. Onların heç yadına düşmür ki, elə bir dövr olub ki, meyxana konsertlərinə qadınlar daha çox gediblər. Bunu yutubda da tapa bilərsiniz. Ona təəssüflənirəm ki, o publika getdi. Çünki meyxanada müəyyən həddlər aşıldı. Cavan uşaqlar kriminal elementlər, pis vərdişlərdən meyxana dedilər, bir az söyüş oldu. Belə-belə aləm dəyişildi. Bir neçə cavan gəldi ki, onlar həm yaxşı meyxana deyirdilər, həm də yaxşı populyarlıq qazanmışdılar. Amma onların düşüncəsində problem oldu. Dedilər ki, populyar olmuşam, indi nəsə etməliyəm. Həmişə gördüyü yox, yeni bir şey. Onlar düşündülər ki, populyar olmuşam, toylar çoxalıb, qiymətimi qaldırım. Mən meyxana deyirdim, toylara gedirdim, eyni zamanda albom işləyirdim. Hamı çayxanaya gedirdi, mən evə gedib yazırdım, pozurdum. Bilirdim ki, nəsə etməliyəm, mənim indi etdiyimi məndən öncə hamı edib. Albom, sonra klip, rəvayətim çıxdı, qazancım çoxaldı, konsert etdim. Mən düşünsəydim ki, nəyimə lazım, pulumu qazanım. Onda heç nə olmayacaqdı. Bizim bəzi gənclərimizdə bu baş verdi".
Qaraçuxurlu hazırda dəbdə olan musiqili meyxana ilə bağlı da fikirlərini bildirib:
"Məndən öncə də musiqili meyxana var idi, amma mən bir az aranjiman, kliplə etdim. Təzə bir janr yaranıb, ondan qorxmaq lazım deyil. Bayağılardan danışmıram. Ona ad qoyulmalıdır. Savadlı insanlar yeni çıxanları baltalayırlar, amma bu, reallıqdır. Düşünüb buna ad qoymalıdırlar. Düşünürəm, amma ad tapa bilmirəm, bir neçə dostuma demişəm ki, fikirləşsinlər. Yeni janr yaranıb, düş qabağa, buna ad qoy. 100-200 il sonra desinlər ki, filankəs belə bir janra ad qoyub".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Nikolas Keycin son halı - (Foto)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
XƏBƏR LENTİ
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı





