Şou-biznes

Hüseyn oğluna toy edəcək

9 Mart 2023 21:51
Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu oğlu Məhəmmədə kiçik toy edəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə musiqiçi "7 canlı" verilişində bildirib.

Proqrama telefonla qoşulan Əməkdar artist Babək Niftəliyev Hüseynin bu yaxınlarda özünə ad günü etdiyini, lakin onu məclisə çağırmadığını açıqlayıb.

Hüseyn isə cavab olaraq "Gələn il mayın 13-də oğluma toy edəcəyəm, İnşallah dəvətlisən" sözlərini deyib.

Qeyd edək ki, Hüseyn aktrisa Aysel İbrahimova ilə ailəlidir. İfaçı oğlu olduğunu uzun müddət gizli saxlayıb. Musiqiçinin ilk həyat yoldaşından iki qız övladı da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.