Şou-biznes

Putin Stiven Siqalı təltif etdi

28 Fevral 2023 20:52
Baxış: 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin amerikalı aktyor, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya - Amerika humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqalı "Dostluq" ordeni ilə təltif etmək haqqında fərman imzalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq sənəd ölkənin hüquqi informasiyaya dair rəsmi portalında dərc olunub.

Sərəncamda deyilir ki, mükafat beynəlxalq mədəni - humanitar əməkdaşlığın inkişafına böyük töhfəyə görə verilib.

Qeyd edək ki, aktyorun Rusiya vətəndaşlığı var. Putin Rusiya vətəndaşının pasportunu 2016-cı ilin noyabrında şəxsən Siqala təhvil verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.