Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərı qızı Günel: "Seda Sayanın verilişindən çıxanda dedim ki, bir daha onların efirlərinə çıxmayacam!"
14 May 2010 14:06
Baxış: 4 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri qızı Günel ötən gün Seda Sayanın aparıcılıq etdiyi "Sabahın sədası" verilişində iştirakı və orada "Sarı gəlin" mahnısı ilə bağlı gedən söhbətlərlə əlaqədar Milli.Az xəbər portalına açıqlama verib.
Qeyd edək ki, Seda Sayanın dünən efirə gedən verilişində iştirak edən digər qonaq Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edib. Həmin verilişdə iştirak edən Günel isə bu söhbətə müdaxilə etməyib və etirazını bildirmək imkanı olmayıb. Veriliş bitdikdən sonra Günelin atası Rəhman Zeynalov bununla bağlı Milli.Az-a müsahibə verib.
Ardından poralımıza danışan Azəri qızı Günel də mahnı qalmaqalına aydınlıq gətirib: "Həmin verilişdə həkim demək istəyirdi ki, erməni bir qız türk oğlana vurulubmuş və mahnı da bunun üzərində qurulub. O, "Sarı gəlin"ə ermənilər "bizim mahnıdır" deyir, əslində isə bu, Azərbaycan mahnısıdır" söyləmək istəyirdi. Lakin fürsət olmadı. Onu da deyim ki, sonra mənə zənglər gəldi ki, bu müzakirə efirdən başqa cür başa düşülüb. İnanın çox pis oldum. Məgər mən erməniyəm ki, orda erməni mahnısı dedikləri halda susam, onlara qoşulam, razılaşam?! Axırda istəyirdim ki, fikrimi izah edəm, sözümü deyəm və aydınlıq gətirilsin. Lakin tamaşaçılar da gördü ki, Seda Sayan sözümü deməyə mənə izin vermədi, hətta israr etdim, musiqini də saxlatdırdım ki, bir söz demək istəyirəm, mütləq söyləməm lazım - dedim, amma Seda Sayan imkan vermədi, buna da çox əsəbiləşdim. Hələ də özümə gələ bilməmişəm, verilişindən çıxanda da dedim ki, bir daha onların efirlərinə çıxmayacağam! Çünki, sözüm yarımçıq qaldı... Mən Qarabağlıyam, o mahnının da bizim xalq mahnısı olduğunu bilirəm" - deyə Günel bildirib.
Qeyd edək ki, artıq bununla ikinci dəfədir ki, Seda Sayan öz verilişində həmyerlimizə qarşı müsbət olmayan müəyyən addımlar atıb. Səbəbinin nədən ibarət olduğunu bilməsək də, artıq bəzi şayiələrin həqiqətə uyğun olmasına müəyyən şübhələr də yaradır. Günelə yönələn etirazlar, tənqidlər gənc müğənnini hövsələdən çıxarıb. Günel bütün bunlarla bağlı açıqlamasında deyir ki, kimlərinsə onu qaralamağa çalışdıqlarını düşünür: "Çox ayıb, çox... Mən verilişdə sözümü demək istəsəm də, mənə imkan vermədilər. Amma başa düşmürəm ki, niyə məni qaralamağa çalışırlar?! Vətənimi sevirəm və yalnış bir şey etmək istəmirəm. Nəsə edəndə ilk növbədə vətənimi düşünürəm. Məni küsdürməsinlər, həqiqətən artıq çox yorulmuşam. Axı mən siyasətçi deyiləm... Niyyətləri mənəmsə, mənim var olmağım onlara xoş deyilsə, baxmasınlar, bəyənməsinlər. Ancaq yetər ki, hər ağızlarına gələni danışmasınlar. İlk dəfə Xocalı faciəsi günü, indidə erməni məsələsi... Deyəsən unudurlar ki, mən Qarabağlıyam, Ağdamlıyam... Axı mən də o savaşı görmüşəm" - deyə Günel açıqlamasında bildirib.
Xədicə
Milli.Az
Uyğun link:
Azəri qızı Günel: "Rzanın başına limon sıxaram, başı turşuyar!"

DİGƏR XƏBƏRLƏR
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
"Eşref" arıqladı - (Foto)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Oğlum məmurdur, imkan vermərəm oxusun" - Ağadadaş Ağayev
XƏBƏR LENTİ
-
Limonların ömrünü uzadan saxlama üsulları
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir