Şou-biznes

Vəhşicəsinə döyüldü, dünyanın ən zəngin qadın sənətçisi oldu - FOTOlar

21 Fevral 2023 20:40
Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadla 35 yaşı tamam olan dünya şöhrətli müğənni, milyarder Rihanna haqqında məlumatları təqdim edir.

Əsl adı Robyn Rihanna Fenty olan Rihanna 1988-ci ildə Karib dənizində yerləşən adada - Barbadosda dünyaya gəlib. Valideynləri 14 yaşında ikən boşandığına görə Robinin uşaqlığı göz yaşı ilə dolu və imkansızlıqla keçib. Yaşadığı hadisələrə görə o, tək qalmaqdan qorxur.

Robinin atası anbar nəzarətçisi işləyib. Deyilənə görə, o, narkotik istifadəçisi idi. Hətta Riri bir neçə dəfə atasını evdə kokain çəkərkən görüb. Bundan başqa, Riri ali təhsil almayıb. Buna səbəb musiqi kariyerasının başlanğıcında məktəbi yarımçıq qoymasıdır. Ancaq müsahibələrinin birində dediyinə görə,  psixologiya ixtisası üzrə təhsil almaq istəyib: "Məktəbdən zəhləm gedirdi. Universitet oxusaydım, heç də xoşbəxt olmazdım. Buna görə də təşəkkürlər, Tanrım. İstədiklərimi reallaşdırmağıma icazə verdiyin üçün çox sağ ol!".

2004-cü ildə "Miss Combermere" gözəllik müsabiqəsində qalib olur. Rihanna 16 yaşında repçi Jay-Z tərəfindən kəşf edilib. Mətbuatda yayılan məlumatlara görə, Jay-Z-nin qarşısında ilk dəfə oxuyan gənc Ririnin istedadını repçi 2 dəqiqə içində kəşf edib. Daha sonra o, Ririyə "Ya müğənni olacaqsan, ya da bu hündürmərtəbəli binadan özünü atacaqsan", - deyərək, qarşısına şərt qoyub. Təbii ki, bunun doğru olub-olmaması bəlli olmasa da, Rihanna həyatı boyu Jay-Z-ə təşəkkür etdiyini etiraf edir. 

Rihanna saysız-hesabsız mükafatlara, unudulmaz və möhtəşəm hitlərə, yüzlərlə mahnıya, fərqli stil və imicə, milyonlarla pul və rəğbətə sahibdir. Onun haqqında daha bir maraqlı fakt odur ki, Rihanna konsert və çıxışlarından öncə çox gərgin, stresli olduğu üçün 5o-100 qram spirtli içki içərək, səhnəyə çıxır. Bu, onun möhtəşəm performanslarını sərgiləməyə kömək edir. 

Mətbuatda yayılan məlumatlara görə, Riri gözəl ayaqlarını bir milyon dollara sığortaladıb. Rihannanın bədəninin boyun hissəsində yerləşən "Hər zaman alınan bir dərs əsla uğursuzluq deyil", - yazılan bir döyməsi var. Maraqlıdır ki, döymə tərsinə yazılıb. Bunun da mənası Rihanna hər güzgüyə baxanda onu görmək və oxumaq istəməsidir. Bundan əlavə, boynunda "Asi çiçək" yazılmış döyməsi də var.

Rihanna əsl sevgisinin ifaçı Kris Braunun olduğunu deyib. Onun sözlərinə görə, K. Braun onun ilk və gerçək sevgisidir. Lakin bu möhkəm dostluq, 4 illik münasibət yaşadıqları skandallara görə məhv olur. Narkotik aludəçisi olan Kris həddən artıq doza alır və Rihanna ilə dalaşan vaxt müğənnini döyür. Üzündən və bədənindən ağır zədələr alan Rihanna Krisi polisə şikayət edir. Hətta Kris məhkəmədə ittiham olunan zaman Rihanna zalda əyləşir və prosesi izləyir. 

Krisdən sonra Rihanna repçi Drake ilə 2009-2016-cı illərdə eşq yaşayır. Deyilənlərə görə, Riri-Drake cütlüyü kifayət qədər tutqulu və ehtişamlı olub. Lakin arada sevginin olmadığını görüb cütlük münasibətlərini dostcasına sonlandırıb.

Rihanna "Transformers" filminin məşhur ulduzu Shia LaBeouf, aktyorlar Ryan Phillippe, Leonardo DiKaprio, məşhur futbolçu Karim Benzema, repçi Eminem, "Formula 1"in ulduz idmançısı Levis Hamilton, beyzbolçu Matt Kemp və ərəb milyonçu Hasan Jameel ilə eşq yaşadığına dair mediada kifayət qədər məlumatlar var. 

Sənətçinin 1 milyard 700 milyon dollar məbləğində sərvəti var. O, "Fenty Beauty" adlı kosmetika firmasının da sahibidir. Bundan başqa, Barbados dövləti müğənni Rihannanı milli qəhrəman elan edib və 2008-ci ildən bəri ölkədə 22 fevral tarixi Rihanna günü kimi qeyd edilir. 

Daim gündəmdə qalmağı bacaran, dünyanın ən zəngin qadın sənətçisi sayılan Rihanna repçi ASAP Rocky ilə münasibətdədir və cütlüyün bir oğul övladları var. Rihanna bu yaxınlarda konserti zamanı ikinci uşağa hamilə olduğunu da gizlətməyib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.