Şou-biznes

Mehriban Xanlarovanın bacısı insult keçirdi: "Az qala ölürdü" - VİDEO

15 Fevral 2023 09:20
Baxış: 2 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Mehriban Xanlarovanın bacısı insult keçirib.  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  sənətçi bu haqda qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində məlumat verib.  

Xanlarova göz yaşı içində bildirib ki, bacısı Laləni həkim-nevroloq ölümdən qurtarıb:  
"Bacım Lalə az qala ölürdü (ağlayır). Həkim-nevroloqun sayəsində o, artıq yaxşıdır. Bacım insult keçirib. Hazırda Lalə yataqdadır. Nitqi getmişdi, indi yavaş-yavaş saymağa başlayıb. Qolunu yuxarı qaldırıb özü hərəkət edə bilir. Amma onun sağalacağına heç ümid yox idi. Bir tərəfi sanki, yox idi.

Amma müalicələrdən sonra səhhətində kifayət qədər irəliləyişlər var. Bacım insult keçirəndən iki gün sonra gəldim dedim ki, Lalə necəsən? Mənə baxdı, tanıdı və söylədi ki, "yaxşıyam". Durduğu yerdə təzyiq yüksək oldu və insult keçirdi. Bacımın 63 yaşı var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.