Şou-biznes

Fəxrəddin Manafov rus serialında KRİMİNAL OBRAZDA - VİDEO

1 Fevral 2023 11:35
Baxış: 4 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Səmimi Mərdənoğlu uzun zamandır ekranlardan uzaqlaşan Xalq artisti Fəxrəddin Manafovla çəkildiyi "Aktyor" serialının doqquzuncu bölümündən kadrları sosial şəbəkə hesabında yayımlayıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, Rusiyanın birinci kanalında (Россия-1) yayımlanan ekran əsərində F.Manafov kriminal aləminin üzvlərindən biri olan Səməd, Mərdənoğlu isə Orxan obrazını canlandırıb.

Kadrlarda Səmimi ilə Fəxrəddin Manafovun arasında olan Azərbaycan dilində dialoq diqqət çəkib. İkilinin bu söhbəti isə rus dilinə sinxron tərcümə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.