Şou-biznes

“Popun kralı” haqqında film çəkilir: Baş rolun ifaçısı açıqlandı - FOTO

2 Fevral 2023 05:22
Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi, "Popun kralı" adını qazanan Maykl Ceksonun həyatı barədə film çəkilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əfsanəvi ifaçını bayopikdə bacısı oğlu Cəfər Cekson canlandıracaq.

Bu barədə filmin rejissoru olacaq Antuan Fukua özünün "Instagram" hesabında xəbər verib.

Onun sözlərinə görə "Lionsgate" şirkəti ilə "Maykl" ("Michael") adlı layihə üzərində işləyir.

Filmin prodüserləri isə Qrem Kinq, Con Brank və Con Makkleyn olacaqlar.

Ssenarini əvvəllər "Qladiator" və "Aviator" filmlərini hazırlayan Con Loqan yazıb.

Qeyd edək ki, 13 "Grammy" mükafatı qazanan Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.