Şou-biznes

“Sosial şəbəkədə övladlarımın üzünü görə bilməzsiniz” - VİDEO - FOTO

31 Yanvar 2023 18:49
Baxış: 1 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Abbas Bağırov oğulları Murad və Rauldan söz açıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində ailəsini və övladlarını hər zaman mediadan gizlədəcəyini bildirib.

Bağırov bu addımının izahını belə verib:

"Heç bir şəkildə övladımın üzünü görə bilməzsiniz. Bunu sevmirəm. Soruşacaqsınız niyə? Hər insanın öz xasiyyəti var. İstəmirəm ki, ailəmlə gündəmə gəlim və sosial şəbəkədə bununla bağlı paylaşımlar etsinlər. Buna pis baxmıram. Kimsə paylaşırsa, onun şəxsi işidir. Sadəcə mən bunları xoşlamıram".

Qeyd edək ki, A.Bağırovun oğulları ikinci nikahdan dünyaya gəlib. Sənətçinin ilk evliliyindən bir qızı da var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.