Selçuk Yöntem Park Cinema-da qala gecəsində iştirak edib - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Park Cinema-da "Sevda mecburi istikamet" adlı türk filminin qalası baş tutub.
19 yanvar tarixində "Park Cinema Flame Towers"da həyata keçən premyerada ekran işinin baş rolları Selçuk Yöntem, Kubilay Aka və Selin Şekerci də iştirak edib.
Selçuk Yöntem film haqqında danışıb: "Burda olduğumuz üçün, filmimizi sizinlə bölüşdüyümüz üçün çox xoşbəxtik. Filmdə insanları həm əyləndirəcək həm də hüzünləndirəcək məqamlar var, izlədikdən sonra nədən bəhs etdiyimi daha yaxşı anlayacaqsınız".
Kubilay Aka isə Bakı haqqında təəsüratlarını bölüşüb: "Bizi çox gözəl qarşıladınız. Bakıda ilk dəfədir oluram və şəhərinizi insanlarınızı çox sevdim. Həqiqətən də sanki, başqa ölkəyə yox, qonşu şəhərə gəlmişik".
Bir tərəfi Azərbaycanlı olan aktrisa Selin Şekerci: " Bizi yenə çox yaxşı qarşıladınız, bura hər gəldiyimdə özümü qonaq kimi deyil sizdən biri kimi hiss edirəm, buna görə hər birinizə təşəkkür edirəm. Ümid edirəm filmimizi də çox bəyənərsiniz" - deyə aktrisa qeyd edib.
Qala gecəsi Park Cinema kinoteatrı tərəfindən Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə baş tutub.
Qeyd edək ki, "Sevda Mecburi İstikamet" filmi yarımçıq qalan hekayəsini tamamlamaq üçün qızı ilə səyahətə çıxan məşhur aktyorun hekayəsindən bəhs edir. "Yeşilçam"ın uğurlu aktyorlarından olan Selim film çəkilişləri zamanı tanış olduğu Sevda ilə eşq yaşayır. Cütlüyün münasibəti tezliklə evliliyə çevrilir və cütlüyün Suna adlı bir qızı olur. Həyatlarında hər şey yolunda getdiyi anda, Sunaya autizm diaqnozu qoyulur. Tamamilə işinə qərq olmuş Səlimin həyatı Sevdanın xəstəlik xəbərini alanda dəyişir. Sevdanın ölümü ilə Səlim hər şeyi tərk edir və hekayəsini artıq yetkin olan qızı Suna ilə tamamlamağa çalışır.
Filmi izləmək istəyənlər biletləri Park Cinema kassalarından və ya parkcinema.az internet saytından əldə edə bilərlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)





