Əməkdar artist Tünzalə Əliyeva dəfn olundu - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
11:21
Azərbaycan Respublikasının Əməkdar artisti, "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyeva "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, sənətçi ilə vida mərasimində onun ailə üzvləri və mədəniyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, 49 yaşlı aktrisa uzunsürən xəstəlikdən sonra dünən dünyasını dəyişib.
Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olmuşdur. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışmışdır. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Oradan çıxıb Bakıya gəlmiş və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib.
Bu teatrın səhnəsində Qəmər (Ə. Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M. Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A. Rəhimov "Pul hərisləri"), Qadın (H. Mirələmov, "Ləyaqət"), Mehriban (Ə. Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü. Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa etmişdir. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olmuşdur. ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısıdır. ATV kanalında "Gülmək qadağandır" şou proqramının aparıcısı idi.
2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
---------
10:47
Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun nəşi Heydər məscidinə gətirilib. Sənətçi ilə vida mərasimində onun ailə üzvləri və mədəniyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, 49 yaşlı aktrisa uzunsürən xəstəlikdən sonra dünən dünyasını dəyişib. Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
XƏBƏR LENTİ
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək





