Şou-biznes

"Melisa məni söyüb, çəkilişi tərk etdi"

12 Yanvar 2023 17:16
Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktyor Alperen Duymaz yeni serialı "Ego"da tərəf müqabili olan aktrisa Melisa Aslı Pamukla aralarında yaşanan gərginlik barədə paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor gərginliyi özünün yaratdığı ilə bağlı xəbərlərdən narahat olduğu üçün məsələnin təfərrüatlarını tvitterdə paylaşıb:

"Melissanın hər zaman gecikib, çəkiliş heyətini gözlətməsinin təəccübünü yaşayırdım, işimizin çoxluğu səbəbiylə bazar günü gecikməsinin səbəbini soruşdum. "Nə oldu niye gecikdin Melisa?" dedim. Ciddiyə almayaraq verdiyi cavaba görə əsəbiləşdim ve məsafəli davrandım. Çəkiliş heyətinin qarşısında özünü günahkar hiss edən Melissa 20 dəqiqə sonra əsəbi halda yanıma gəldi və mübahisə başladı. Sonda isə Melisa məni söyüb, çəkilişi tərk etdi. Mən haqqlarımı qorumağa çalışdım və çalışıram. İnsanlar iş saatında işində olur, hər hansı bir şey olduqda isə açıqlama verirlər. Bütün heyətin hazır şəkildə Melisanı gözlədikdən sonra gülərək, gəlib heç nə olmamış kimi davranmasını həzm edə bilmədim. Yanlış çıxan xəbərlərə görə bu açıqlamanı etmək istədim".

Qeyd edək ki, ikili daha əvvəl "Çarpışma" serailında birgə rol alıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.