Şou-biznes

"Müalicəsi üçün evini, bağını və qızıllarını satıb" - VİDEO

10 Yanvar 2023 17:21
Baxış: 1 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlü müalicələri üçün evini, bağını və qızıllarını satıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Tarix Əliyev "Ümid ilə gəl" verilişində deyib. O, qarmon ifaçısının müalicələri üçün mülklərini satdığını açıqlayıb. 

"Müalicəsinə 100 mindən çox pul xərcləyib. Heç kimə ağız açmayıb, bağını, evini, qızıllarını satıb. Hazırda ancaq bir evi qalıb" deyə, Tolik bildirib.

G.Şükürlü 10 ildir xərçənglə mübarizə apardığını deyib:

"Türkiyədə və Moskvada mənə diaqnoz qoydular. İndi də müalicəm burada aparılsa da, həkimlərim oradadır. İlk iki il ailəmdən gizlətdim. Hətta xəbəri olan rəfiqəmə deyirdim ki, desən, səni danışdırmayacağam. İstəmirdim efirdə deyim, düşünürdüm ki, şən mahnılar ifa edə bilmərəm. Kimyaterapiyanın biri 3 min manatdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.