Şou-biznes

Vahid Əliyev: “Gələn həftə ürəyimdən ƏMƏLİYYAT OLUNACAĞAM”

6 Yanvar 2023 14:11
Baxış: 1 197
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bu günlərdə vəziyyətim heç də yaxşı deyildi. Səhhətim pisləşmişdi. Xəstəxanada müalicələrimi davam etdirdim. Artıq evə buraxılmışam".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

70 yaşlı sənətkar bildirib ki, gələn həftə ürəyindən açıq əməliyyat olunacaq: 

"Həkimin yanından indi çıxdım. O dedi ki, sağlamlıq vəziyyətim normallaşsa, gələn həftə açıq ürək əməliyyatı keçirəcəyəm. Ümüd edirəm ki, hər şey yaxşı olacaq". 

Aktyor hazırda səhhəti ilə bağlı fikirlərini bu cür yekunlaşdırıb: 

"Xanımım məni bir gün də tək qoymadı. Ruhum güclü olduğuna görə, ürəyim ağrısa da özümü yaxşı hiss edirəm. Yaxşı olmağa çalışıram". 

Qeyd edək ki, ötən ilin dekabrın 22-də Vahid Əliyev infarkt keçirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.