Şou-biznes

Xərçəngdən əziyyət çəkən Aygün Bəylərin VƏZİYYƏTİ NECƏDİR? - VİDEO

29 Dekabr 2022 14:39
Baxış: 2 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xərçəng xəstəliyi ilə mübarizə aparan Əməkdar artist Aygün Bəylər səhhəti ilə bağlı açıqlama verib. 

Milli.Az olay.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "ATV səhər" verilişinə danışıb.  

Türkiyədə müalicə alan Bəylər analizlərin cavabının yaxşı olduğunu vurğulayıb:

"Demək olar, cavablarım müsbətdir, sağalmağa doğru gedirəm. Həkimlər deyir ki, 90 faiz qalib gəlmisiz. O qədər problemin içində çox cüzi bir hissə qalıb. Bu da yaradıcılığıma bağlıdır. Yəqin ki, yenidən sənətimlə məşğul olsam, onlar da geridə qalacaq". 

Qeyd edək ki, bir neçə gün əvvəl Cənab Prezident İlham Əliyev Aygün Bəylərə ev hədiyyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.