Şou-biznes

Gülay toylara 10 minə gedir?

28 Dekabr 2022 13:56
Baxış: 2 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Gülay Zeynallı toylara 10 min manata gedir.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "Səhər mərkəzi" verilişində məlumat verilib. Belə ki, sənətçi aparıcı Afaq Gəncəlinin "Deyirlər, Gülay toylara 10 minə gedir. Doğrudur, ya yalan",- sualına səssiz qalıb.

Onun əvəzinə digər qonaq Əməkdar artist Ədalət Şükürov "Belə deyəndə, insanlar elə fikirləşirlər ki, Gülay 10 mini alıb cibinə qoyur, çıxıb gedir. Həmin məbləğə musiqiçilər, avadanlıqlar, geyim, işçilər, maşın da daxildir", - deyə, bildirib.

Gülay da həmkarını "Düzdür",- deyərək təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.