Şou-biznes

“Geri Dönənlər” artıq Park Cinema-da

28 Dekabr 2022 12:50
Baxış: 1 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Geri Dönənlər" artıq Park Cinema-da!

Fariz Əliyevin yeni filmi "Geri Dönənlər" 28 dekabrdan bütün "Park Cinema" kinoteatrlarında nümayişdədir.

Layihədə Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd və Oksana Rəsulova baş rollarda iştirak edirlər.

Filmdə illərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.

Ekran əsərinin ssenari müəllifi Fariz Əliyev, Əcəmi Əsədulla, rejissoru Vüsal Hacıqədirdir. 

Qeyd edək ki, hazırda "Park Cinema" kinoteatrlar şəbəkəsində həftəiçi hər gün, qeyri-iş günləri istisna olmaqla, saat 17:00-dək endirim kampaniyası davam edir və "Geri Dönənlər" filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.