Şou-biznes

"15 yaşında uşağın sosial şəbəkədə nə işi var?" - Roza əsəbiləşdi

26 Dekabr 2022 10:31
Baxış: 1 363
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İnsanlarda yalan, satqınlıq və ikiüzlülük məni çox əsəbləşdirir. Bu cür insanları həyatımdan bir dəfəlik silirəm. Onlar yanımda ola bilməzlər. Acı olsa da, amma doğrunu söyləsin".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "MTV maqazin"ə açıqlamasında deyib. Sənətçi uşaqların sosial şəbəkəyə girməsinə qarşı olduğunu bildirib:

"15-16 yaşında bir uşağın sosial şəbəkədə nə işi var? Övladlarım dörd ildir ki, sosial şəbəkələrdən istifadə edirlər. Yəni onlar 19 yaşı tamam olduqdan sonra sosial şəbəkələrdən istifadə etdilər. O zamana qədər onlara icazə verməmişəm. Baxmayaraq ki, müğənniyəm... Adətən bizim haqqımızda başqa-başqa sözlər danışırlar. Amma bizim özümüzün qanunlarımız var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.