Şou-biznes

Ukraynada “Avroviziya” üçün milli seçimlər bomba sığınacağında keçirilib

18 Dekabr 2022 13:51
Baxış: 1 001
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın "Avroviziya" Mahnı Müsabiqəsi üçün milli seçimi qeyri-standart şərtlərlə keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yerli mətbuatın məlumatına görə, tədbir bomba sığınacağında aparılıb.

Seçimdə on ifaçı və qruplar iştirak edib. Onlar təhlükəsizlik baxımından bomba sığınacağında yarış təşkil ediblər. Tədbir tamaşaçılarsız baş tutub. Seçimləri TVORCHI dueti qazanıb.

Xatırladaq ki, bu il Ukraynanın "Kaluş Orkestri" qrupu "Avroviziya"da birinci yeri tutub. Adətən qalib ölkə növbəti il müsabiqəyə ev sahibliyi edir, lakin Ukrayna təhlükəsizlik səbəbi ilə bu hüquqdan məhrum edilib.

"Avroviziya" 2023-ə ev sahibliyi edən ölkə son yarışda ikinci olan Böyük Britaniyadır. Müsabiqə Liverpulda baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.