Şou-biznes

Azərbaycanlı aktrisa vəfat etdi - FOTO

9 Dekabr 2022 15:50
Baxış: 7 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda aktrisa vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, aktrisa Məqsudə Həsənağa qızı Əliyeva dekabrın 8-də Lənkəranda yaşadığı evdə uzun sürən xərçəng xəstəliyindən 57 yaşında dünyasını dəyişib.

Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.

O, teatrın səhnəsində bir çox tamaşalarda - "Mahmud və Məryəm"də qulluqçu qızı, "Vicdanın hökmü"ndə rus qızı, "Pul dəlisi"ndə solist, "Qaraca qız"da Nərgiz, "Onun iki qabırğası"nda Qumaş kimi obrazlar yaradıb.

Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş "Günəşim ol" teleserialındakı Zərnişan obrazı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.