"What a Feeling" hitinin ifaçısı, müğənni və aktrisa Ayrin Kara 63 yaşında ABŞ-da dünyasını dəyişib.
Aktrisa Floridadakı evində dünyasını dəyişib. Ölümün səbəbi müəyyənləşdirilir.
Qeyd edək ki, Ayrin Kara "Oskar", "Qızıl Qlobus" və "Qremmi" mükafatı laureatıdır. O, "Flash Dance" filminin saundtreki olan "What a Feeling" mahnısını ifa etdikdən sonra, həmçinin "Şöhrət" filmində iştirakı sayəsində məşhurlaşıb.
Milli.Az