Şou-biznes

Əlixan Səmədov: “Mən balaban deyiləm”

17 Noyabr 2022 18:03
Baxış: 1 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biri balabanın adını səhv deyəndə, hirsləndim. Baxdım ki, tanımırlar. Dedim ki, "Əlixan, sən bunu tanıdacaqsan".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu nəfəsli alətlərin tanınmış ifaçısı, Xalq artisti Əlixan Səmədov Baku TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, bu musiqi alətini tanıtmaq üçün o qədər işlər görüb ki, hətta onu bir müddət "Balaban bəy" adlandırıblar.

"İlk dəfə albomum çıxanda dedilər ki, sənin musiqin elitdir" deyən Xalq artisti məşhur türkiyəli müğənnilərin mahnılarındakı ifalarından, ermənilərin balabanı özününküləşdirməyə çalışmasına qarşı necə mübarizə aparmasından da bəhs edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.