Şou-biznes

“Sponsoru varsa, tum satan da aparıcı ola bilər”

28 Oktyabr 2022 15:06
Baxış: 1 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir televiziyalardan uzaq düşən aparıcı Yusif Ağayev efirə qayıtmağı düşünmür.

Milli.Az xəbər verir ki, bu barədə o, olay-a özəl açıqlama verib. Ağayev bildirib ki, hazırda televiziyaların qapısı peşəkar aparıcıların üzünə açıq deyil:

"Savadı olmayan adamın iki sponsoru varsa, istənilən televiziyanın qapısı üzünə açıqdır. Hazırda televiziya qapıları peşəkar aparıcıların yox, onların sponsorlarının üzünə açılır. Ali savadın yoxdur, öz ədəbiyyatımızdan, mütaliədən xəbərsizsən, dünya görüşsüzsən, amma sponsorun varsa, istənilən televiziyanın qapısını ayağınla açıb, veriliş apara bilərsən".

Aparıcı bildirib ki, kanallardan təklif gəlsə də, onun öz prinsipləri var:

"Ona uyğun olaraq 24 ildir ki, 106 FM-də işləyirəm. Həmişə təklif gəlib, qəbul etməmişəm. Doğma kanalım - ATV açılandan burada çalışıram, ilk və tək qocaman aparıcısıyam. Ölkədə ilk teleradio aparıcısıyam ki, Prezident tərəfindən "Tərəqqi" medalına layiq görülmüşəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.