Aktyor Henri Kavill Supermen roluna qayıtmaq qərarına gəlib.
Onun "Instagram" səhifəsində müvafiq video yayımlanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla belə, aktyor Supermen obrazı ilə bağlı planlarından açıq danışmayıb.
Qeyd edək ki, "Polad adam"ın ikinci hissəsinin hazırlanması ilə bağlı məlumatlar olsa da, filmin nə vaxt ekranlara çıxacağı məlum deyil.
Milli.Az